Pınar İllaki Akçaabat Köftə

Trabzonun türk yemək mədəniyyətinə gətirdiyi xüsusi təamlardan biri olan Akçaabat Köftəsi bir gün saxlanılan dana ətinə sarımsaq əlavə edilərək hazırlanır.

Pınar İllaki Akçaabat Köftə

Trabzonun türk yemək mədəniyyətinə gətirdiyi xüsusi ləzzətlərdən biri olan Akçaabat Köftəsi bir gün saxlanılan, Pınar zəmanəti olan dana ətinə sarımsaq əlavə edilərək hazırlanır.

Pınar İllaki Akçaabat köftəsinin dadı da qorunan Akçaabat Köftə reseptinə əsaslanır. Akçaabatda yeyilən köftələrdən nümunə olaraq hazırlanan Pınar İllaki Akçaabat köftələri artıq Pınarın orijinal resepti ilə 8 dəqiqə ərzində süfrələrinizdə.

Pınar İllaki Akçaabat Köftələri qatqısız bir şəkildə istehsal olunur. Qatqısız istehsal, ət, ədviyyat və çörəkdən başqa heç bir inqrediyentin istifadə edilməməsi deməkdir. Evdə hazırladığınız köftələrin inqrediyentlərindən heç bir fərqi yoxdur.

Pınar Akçaabat köftələrinin istehsalında IQF adlı sürətli və şok dondurma texnologiyasından istifadə edilir. IQF sistemi ilə köftələrimiz bir-bir dondurulur. Bunun sayəsində köftələrin dadı və quruluşu pozulmur. Köftələr bir-birinə yapışmaz.

Bişirmə qaydası: Qabaqcadan qızdırılmış yağsız tavada Pınar Akçaabat Kötfənizin hər iki tərəfini 3,5 - 4 dəqiqə ərzində bişirərək köftənizi 7-8 dəqiqəyə hazır vəziyyətə gətirə bilərsiz. Donunun açılmasını gözləmədən bişirin.