Evdə ləzzətli Tərəvəz Souslu Yeni İl Hindisi Necə Hazırlanır? Yeni İl Süfrəsi Üçün Xüsusi

  60 Dəqiqələr
  8 Şəxs (lər)
Reseptin Hazırlanması

Yemək yeyənə qədər bu reseptlərin hazırlanması da xoşdur. Mətbəxdə əllərinizlə mətbəxdə möcüzələr yaratmağa hazırsınızsa başlaya bilərik.

  60 Dəqiqələr
  8 Şəxs (lər)
  • Tərkibi
  • Yeni İl Hindisi
  • 1 ədəd soğan
  • 1 ədəd kök
  • 1 ədəd kartof
  • 1 ədəd limon
  • 1 ədəd portağal
  • 100ml bal
  • 250ml yağ
  • Qara qarağat
  • Təzə kəklikotu
  • Təzə Rozmarin
  • Cəfəri
  • 100 qr kərə yağı
  • 35 qr un
  • Duz
  • İstiot
  • 2 ədəd muskat qoz ləpəsiu
Resepti paylaşın:


Addım 1 :Dondurulmuş hindini dərin dondurucudan çıxarın, +4 bölməsinə qoyun, 72 saat ərzində donunu açın.


Addım 2 :Bişirməmişdən əvvəl donu açılmış hindini soyuducudan çıxarıb yuyun, sonra içini və dəri hissəsini salfetin köməyi ilə qurulayıb otaq temperaturuna gətirin.


Addım 3 :Kərə yağı, balı, duzu, istiotu və rəndələnmiş muskat qoz ləpəsini qaba alıb qarışdırın, sonra bu qarışımı hindinin içinə, dərisinin altına və üzərinə əlimizlə yaxırıq.Təzə rozmarin və təzə kəklikotu yarpaqlarının bir hissəsini hindinin iç tərəfinə yerləşdiririk.


Addım 4 :Soğan, kök, kartof, limon, portağal, cəfəri gövdəsi, təzə kəklikotu və rozmarini soba sinisinə iri şəklində doğrayırıq, yağla qarışdırıb qaba tökürük.


Addım 5 :Sousladığımız tərəvəzlərin hindinin üzərinə qoyuruq və bud hissələrini istiliyədavamlı iplə bağlayıb 180 dərəcədə sobada 2,5 saat əzində bişiririk.


Addım 6 :Pişirmə zamanı hindin daha yumşaq olması üçün sobaya bir qab su qoymaq kifayətdir.


Addım 7 :Pişirmə zamanı lazım olmadıqca sobanın qapısını açmırıq. Hər dəfə sobanın qapısı açılanda sobada istilik itkisi baş verir, bu da hindinin bişmə müddətini uzadır.


Addım 8 :Sobadan çıxan hindini 1 saat ərzində dinləndiririk, bu proses hindinin dilimlənməsini asanlaşdırır.


Addım 9 :Hindini bişirdiyimiz soba sinisinin dibində qalan tərəvəz və su ilə hindinin yanında istifadə edə biləcəyimiz sousu hazırlayacağıq.


Addım 10 :Soba sinisinə bir az su qoyub, soba sinisini sobaya qoyuruq, üzərinə 35 qr un əlavə edirik və qalın bir qıvama gələnə qədər qarışdırırıq. Dilimlənmiş hindinin üzərinə qatılaşdırılmış sousu tökürük.


Addım 11 :Hindimizi qarağat və rozmarin ilə süfrəyə servis edə bilərik.


Bu resept üçün istifadə olunan Məhsullarımız

Masalarınızı Pınar Mətbəxindən daha çox dadlandırmaq istəyirsinizsə, bu reseptdə istifadə olunan Məhsullarımıza baxa bilərsiniz

Yeni İl Hindisi

Yeni İl Hindisi

Yeni İl Hinduşkası deyiləndə ağıla ilk gələn Pınar keyfiyyətiylə istehsal edilən, öz fermalarımızda ...

Məhsul Detalları
Digər reseptlər

Masalarınızı Pınar Mətbəxindən daha çox dadmaq istəyirsinizsə, digər reseptlərimizə də təqdim edə bilərsiniz.